Almanlar ABŞ-ın nüvə silahının məhv edilməsini istəyir
05 Avqust, 10:54   |    Baxış sayı: 30

Almanlar ABŞ-ın nüvə silahının məhv edilməsini istəyir

Almaniyalılar ABŞ-ın nüvə silahının ölkə ərazisində yerləşdirilməsinə qarşı çıxıblar.

Diasporpress.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə "Qrinpis” araşdırma şirkətinin apardığı sorğu nəticəsində məlum olub. 

Sorğunun nəticələrinə görə, almanların 86 faizi ABŞ-ın nüvə silahının Almaniyada yerləşdirilməsinin qadağan edilməsinin lazım olduğunu düşünür.

Sorğuda iştirak edənlərin 82 faizi isə nüvə arsenalının ümumiyyətlə dünya miqyasında məhv edilməsinin tərəfdarıdır.
 
Diasporpress.az