Almaniyada möhtəşəm Novruz şənliyi keçirilib - FOTO
25 Mart, 14:35   |    Baxış sayı: 114

Almaniyada möhtəşəm Novruz şənliyi keçirilib - FOTO

DiasporPress xəbər verir ki, Almaniyanın Köln şəhərində „Bahar 2019-Köln" adlı bayram şənliyi keçirilib. Bayram şənliyi Almaniyada yaşayan və diaspora fəaliyyəti ilə məşğul olan soydaşlarımız, DAK həmsədri Firudin Pərvizniya, hüquqşünas Əlövlət Əliyev, Köln şəhərində fəaliyyət göstərən Azəarbaycan Kültür evinin təmsilçisi Əli Gənbəri Guşcu, diaspora fəalı Behnam Azad tərərfindən təşkil edilib.

Məşhur aparıcı Tünzalə Rafiqqızı, müğənni Vüsalə Musayeva tədbirdən əvvəl bir saata yaxın müddətdə bayraq və milli naxışlarla bəzədilmiş faytonla Köln şəhərində milli geyimlərimizi nümayiş etdirməklə, bahar bayramının tanıtımını ediblər. 

Güneyli-quzeyli soydaşlarımızın iştirakı ilə keçirilən bayramda soydaşlarımızla yanaşı, türk və rus icmalarının təmsilçiləri, Almaniyadan olan qonaqlar - Köln bələdiyyəsinin təmsilçiləri, Bundestaqın deputatları da iştirak etmişdi.

Tədbirdə Azərbaycanın xalq şairi, DAK-ın həmsədri Sabir Rüstəmxanlı, Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı, tanınmış yazar Orxan Araz çıxış edərək Novruz bayramı haqqında məlumat vermişlər. 

Novruz şənliyində tanınmış müğənnilər Azərbaycandan qatılan Elçin Cəfərov, Türkiyədən qatılan Cavid Təbrizli və Almaniyada yaşayan Vüsalə Musayeva gözəl musiqiləri ilə qonaqları əyləndirmişlər. 

Tədbirin aparıcısı Tünzalə Rafiqqızının sona qədər məclisi ayaqda saxlamağa nail olmaqla yanaşı, həm də səhnəni özündə Novruz elementlərini əks etdirən bəzəklərlə dekor etməsi iştirakçıların zövqünü oxşayıb.

Almanyada möhtəşəm Novruz şənliyi keçirilib - FOTO

Almanyada möhtəşəm Novruz şənliyi keçirilib - FOTO

Almanyada möhtəşəm Novruz şənliyi keçirilib - FOTO

Almanyada möhtəşəm Novruz şənliyi keçirilib - FOTO

Almanyada möhtəşəm Novruz şənliyi keçirilib - FOTO