Ölkə

Ailə institutunun inkişafı günümüzün vacib məsələlərindəndir

Qadın və Uşaqların Problemlərinin Araşdırılması ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ailə institutunun inkişafına dair maarifləndirmə tədbirlərin keçirilməsi” adlı layihəni uğurla həyata keçirir.

Ailə institutunun inkişafı günümüzün vacib məsələlərindəndirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qadın və Uşaqların Problemlərinin Araşdırılması ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ailə institutunun inkişafına dair maarifləndirmə tədbirlərin keçirilməsi” adlı layihəni uğurla həyata keçirir.

Bu barədə məlumat verən təşkilat rəhbəri Səmayə Quliyeva bildirib ki, layihə müasir Azərbaycan ailə modelinin inkişafına dəstək vermək, ailələrdə yaranan problemlərin ictimai səviyyədə, xüsusilə orta məktəb şagirdləri arasında müzakirələrini təşkil etmək, ailə münasibətlərində hüquqi məsələlər barədə yeniyetmələri maarifləndirmək və keçirilən tədbirlər zamanı ehtiyacı olan gənclərə hüquqi dəstək olmağı hədəf götürmüşdür. Həmçinin layihənin icrası zamanı üzə çıxarılan mövcud problemləri cəmiyyətə çatdırmaqla ictimailəşdirmək və sağlam ailə modelini qorumaq layihənin prioritetidir. O, bildirmişdir ki, təşkilat yarandığı gündən əsas hədəf olaraq ailə, qadın və uşaq problemləri sahəsində fəaliyyət göstərir. Xüsusilə də müxtəlif  təbəqədən olan uşaqlara yönəlik müxtəlif proqram və layihələr icra edir. Bütün təcrübələr isə onu göstərir ki, ailədaxili münaqişələr uşaq psixologiyasına da təsirsiz ötüşmür. Əksər hallarda münaqişəli ailələrdə böyüyən uşaqların gələcəkdə çox saylı problemləri ortaya çıxır. Bu isə gələcəyimizi özündə ehtiva edən uşaqların doğru istiqamət üzrə tərbiyə edilməsi və formalaşdırılmasını. Ictimai əhəmiyyətini qaçılmaz edir.

Səmayə Quliyeva qeyd etmişdir ki, layihə çərçivəsində “dövlət ailə siyasəti, milli-mənəvi dəyərlərimiz, müasirləşmənin ailə dəyərlərinə təsirləri, müasir Azərbaycan ailəlilərində doğumun azalması” və s. bu kimi aktual mövzularda  tədbirlər keçirilir. O, belə layihələrin gələcəkdə də davam olunacağını bildirmişdir.

 

DiasporPress.az