ABŞ səfirliyi ölkənin daxili işlərinə qarışmağa cəhd göstərib - Rusiya XİN
09 Avqust, 17:56   |    Baxış sayı: 27

ABŞ səfirliyi ölkənin daxili işlərinə qarışmağa cəhd göstərib - Rusiya XİN

Rusiya XİN ABŞ səfirliyini ölkənin daxili işlərinə qarışmaq cəhdində təqsirləndirib.
 
Diasporpress.az TASS agentliyinə istinadla xəbər verir ki, avqustun 9-da Rusiyanın xarici siyasət idarəsi bununla bağlı bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, ABŞ-ın Moskvadakı səfirliyinin müşaviri Tim Riçardson avqustun 9-da Xarici İşlər Nazirliyinə çağırılıb və ona ABŞ Dövlət Departamentinin konsulluq məsələləri üzrə idarəsinin rəsmi hesabında, Twitter səhifəsində və diplomatik missiyanın saytında Moskvada avqustun 3-də keçirilmiş icazəsiz mitinqlərlə bağlı yerləşdirilmiş yazılara görə etiraz məktubu təqdim edilib.

Rusiya XİN-in bəyanatında deyilir: "Vurğulanıb ki, qanunsuz tədbirin təşkilatçıları tərəfindən tərtib edilmiş sxemlərin bu mitinqdə iştiraka təşviq materialı kimi çağırış qismində yerləşdirilməsi bizim ölkənin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirilir.
 
Diasporpress.az