ABŞ-ın Ukraynadakı səfirliyinə binada bombanın olması ilə bağlı məlumat daxil olub
18 İyun, 14:28   |    Baxış sayı: 66

ABŞ-ın Ukraynadakı səfirliyinə binada bombanın olması ilə bağlı məlumat daxil olub

ABŞ-ın Ukraynadakı səfirliyinə binada bombanın olması ilə bağlı məlumat daxil olub. 

 

Diasporpress.az-ın xəbərinə görə, bu barədə səfirliyin rəsmi "Twitter" səhifəsində bildirilib.

"ABŞ-ın Kiyevdəki səfirliyi binada bombanın olması ilə bağlı məlumat alıb və bu hadisəni araşdırır”, - deyə səfirliyin "Twitter” səhifəsində qeyd olunub. Amerikalı diplomatlar vətəndaşlara ABŞ-ın Ukraynadakı səfirliyini ziyarət etməməyi məsləhət görüb. 

Qeyd edək ki, bu gün ABŞ-ın Ukraynadakı səfirliyinə yeni müvəqqəti işlər vəkili Vilyam Teylor gəlib. V.Teylor 2006-2009-cu illərdə ABŞ-ın Ukraynadakı səfiri vəzifəsini icra edib. 

 

Diasporpress.az