ABŞ-ın Azərbaycandakı yeni səfiri bu gün Bakıya gəlir
07 Mart, 13:43   |    Baxış sayı: 148

ABŞ-ın Azərbaycandakı yeni səfiri bu gün Bakıya gəlir

ABŞ-ın Azərbaycandakı yeni səfiri Erl Litzenberger bu gün Bakıya gələcək.


DiasporPress xəbər verir ki, amerikalı diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib vəzifəsinin icrasına başlayacaq.

Xatırladaq ki, ötən gün Dövlət Departamentində Erl Litzenbergerin andiçmə mərasimi keçirilib.

Səfir Erl Litzenbergerin sələfi Robert Sekuta Azərbaycandakı diplomatik missiyasını ötən il mart aylında başa vurmuşdu.