ABŞ-ın 5 min hərbçisi Əfqanıstanı tərk edəcək
03 Sentyabr, 14:07   |    Baxış sayı: 109

ABŞ-ın 5 min hərbçisi Əfqanıstanı tərk edəcək

ABŞ-ın "Taliban" hərəkatının nümayəndələri ilə nail olduğu çərçivə razılaşmasına əsasən Amerika qoşunları sənədin tərəflərin imzalamasından sonrakı 135 gün ərzində Əfqanıstandakı beş hərbi bazanı azad edəcək. 

Diasporpress.az-ın məlumatına görə, bu barədə Əfqanıstan telekanallarından birinə ABŞ-ın bu ölkə üzrə xüsusi nümayəndəsi Zalmay Halilzad bildirib.

Onun sözlərinə görə, bazalardan ABŞ ordusunun 5000 hərbi qulluqçusu çıxarılacaq.

Diplomat əlavə edib ki, tərəflər "prinsipial razılaşma"ya nail olub. Ancaq Birləşmiş Ştatların prezidenti Donald Tramp onu təsdiqləməyincə bu, hələ qəti sayılmır.

Daha əvvəl ABŞ prezidenti bildirib ki, Birləşmiş Ştatlar Əfqanıstandakı hərbçilərin sayı 8,6 minədək azaldacaq. Qeyd edək ki, hazırda Əfqanıstanda ABŞ hərbçilərinin sayı 13 mindir.
 
Diasporpress.az