ABŞ-da silah dövriyyəsinə nəzarəti gücləndirməyi tələb edirlər
05 Avqust, 12:57   |    Baxış sayı: 94

ABŞ-da silah dövriyyəsinə nəzarəti gücləndirməyi tələb edirlər

ABŞ Konqresinin Nümayəndələr palatasının spikeri Nensi Pelosi Senatla birgə ölkədə odlu silahlarla törədilmiş zorakılıq aktlarına son qoymağa çağırıb.

Diasporpress.az xəbər verir ki, bu haqda bəyanatı Pelosi öz internet saytında yerləşdirib.

Spiker silah dövriyyəsinə nəzarəti gücləndirməyə çağırıb.

O qeyd edib ki, ağrı və zülm gətirən silahlı zorakılıq daha heç bir amerikalı ailəsinə gəlməməlidir.

Son gün ərzində ABŞ-da iki kütləvi güllələnmə hadisəsi baş verib. Texasdakı atışma zamanı 20 insan ölüb, 26-sı yaralanıb. Oqayoda baş verən güllələnmə isə 9 nəfərin həyatına son qoyub, 27 yaralı var.
 
Diasporpress.az