ABŞ-da faciəli şəkildə ölən həmyerlimizin nəşi Azərbaycana gətirilir
30 Aprel, 15:01   |    Baxış sayı: 1136

ABŞ-da faciəli şəkildə ölən həmyerlimizin nəşi Azərbaycana gətirilir

Diasporpress.az-ın əldə etdiyi məlumata görə ABŞ-ın Şimali Karolina ştatında avtomobilində ölü tapılan gəncin nəşi Azərbaycana gətiriləcək.
 
Hüseynov Samir Ayaz oğlunun cənazəsi artıq Nyu-York şəhərinə gətirilib.Mərhumun nəşi oradan Azərbaycana göndəriləcək. Qeyd edək ki, S.Hüseynov Şimali Karolina ştatında daxili yükdaşımalarla məşğul olub. O, avtomobilin arxa kabinasında yatan zaman havalandırma sistemində nasazlıq baş verib. Nəticədə, avtomobildən çıxan işlənmiş qaz kabinaya sızıb və gənc vəfat edib.
 
O, Azərbaycan vətəndaşı olub və "Green Card” vasitəsilə Şimali Karolina ştatına köçüb.
 
Diasporpress.az