300 milyon avroluq barışıq sazişi
10 Avqust, 12:52   |    Baxış sayı: 37

300 milyon avroluq barışıq sazişi

Belçikanın ali ədliyyə orqanları və Britaniyanın HSBC Bankı arasında rəsmi Brüsselin bu banka qarşı iddialarına xitam vermək məqsədilə barışıq sazişi ("məhkəmədənkənar” saziş) bağlanıb. 

Diasporpress.az xəbər verir ki, HSBC Bankı özünün İsveçrədəki filialları vasitəsilə Belçika vətəndaşlarının (o cümlədən yüksəkvəzifəli məmurların) gəlirlərini gizlətməsinə və vergidən yayınmasına kömək etməyə yönəlmiş qeyri-leqal xidmətlər göstərməkdə ittiham edilir.

Barışıq sazişinin məbləği 300 milyon avroya çatıb.

Qalmaqal hələ 2010-cu ildə başlanıb. O vaxt Fransa polisi HSBC-nin Cenevrə bölməsində bəyan edilməmiş bank hesabları olan Belçika vətəndaşlarına dair məlumatların yazıldığı kompakt diskləri (CD) belçikalı həmkarlarına verib. (azərtac)

Diasporpress.az