Diaspor liderinin doğum günüdür-TƏBRİK
08 May, 10:55   |    Baxış sayı: 614

Diaspor liderinin doğum günüdür-TƏBRİK

Afil Hüseynov Rusiyada yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin mənafeyinin qorunmasında, ümumiyyətlə, Rusiya ilə siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin möhkəmlənməsində müstəsna xidmətləri var.

DiasporPress.az xəbər verir ki, bu gün Azərbaycan diasporunun tanınmış simalarından biri Murmansk vilayətində Azərbaycan diasporunun lideri Afil Hüseynovun doğum günüdür.

Afil Hüseynov Rusiyada soydaşlarımızın hüquqlarının müdafiəsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin mənafeyinin qorunmasında, ümumiyyətlə, Rusiyayla siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin möhkəmlənməsində müstəsna xidmətləri var.

Təsadüfi deyil ki, o, Azərbaycanla bağlı bütün tarixi günlərin, bayramların, eləcə də xalqımızın başına açılan faciələrin Murmansk vilayətində qeyd olunmasını bir missiya kimi həyata keçirən ən fəal diaspor sədri kimi tanınır.

Afil Hüseynov Rusiyada təhsil alan gənclərin koordinasiya olunması, Murmanskidə yaşayan ziyalıların bir araya gəlməsi, Azərbaycan naminə müəyyən layihələrin həyata keçirilməsində də öndə olan şəxslərdəndir. O, bir neçə ali təhsil müəssisəsində "Azərbaycan guşəsi”nin yaradılması kimi mühüm işlərə imza atıb.

Afil Hüseynovun fəaliyyətinin başlıca istiqaməti həm də yaşadığı və fəaliyyət göstərdiyi Murmansk vilayətində Azərbaycana qarşı olan qüvvələrlə mübarizə, xüsusi ilə erməni əks-təbliğatının qarşısını almaq, Vətənimizlə bağlı həqiqətləri təqdim etməkdir. Bunun üçün o, Rusiyada bir neçə beynəlxalq tədbirlərin, elmi konfransların, aksiyaların, xeyriyyə tədbirlərinin keçrilməsinə nail olub.

 

Afil Hüseynov Prezident İlham Əliyev tərəfindən Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə "Tərəqqi” medalı ilə təltif edib.

 

Bizdə DiasporPress İnformasiya Mərkəzi olaraq Afil müəllimi səmimmi qəlbdən təbrik edir,ona uzun ömür can sağlığı ,vətənimiz naminə gördüyü işlərdə uğurlar diləyirik.