Kiprdə Mustafa Akıncı ilə Nikos Anastasiadis arasında görüş olub
10 Avqust, 11:06   |    Baxış sayı: 25

Kiprdə Mustafa Akıncı ilə Nikos Anastasiadis arasında görüş olub

Kipr adasının türk icmasının lideri Mustafa Akıncı və yunan icmasının lideri Nikos Anastasiadis arasında növbəti görüş keçirilib. 
 
Diasporpress.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, adanın neytral ərazisində yerləşən BMT-nin nümayəndəliyində keçirilən görüşdə Aralıq dənizinin şərqində karbohidrogen ehtiyatlar axtarışı və digər mübahisəli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər arasında BMT-nin Baş katibi Antonio Guterresin iştirakı ilə görüş keçirməyə dair ilkin razılıq əldə olunub.

Diasporpress.az